Nüvə anlaşması üç günə qədər yekunlaşacaq
https://azeri.sahartv.ir/news/dünya-i198550-nüvə_anlaşması_üç_günə_qədər_yekunlaşacaq
ABŞ dövlət katibi bildirib: İran və 5+1 qrupu arasında əldə nüvə anlaşması 1-3 gün ərzində yekunlaşacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2015 12:10 Asia/Baku
  • Nüvə anlaşması üç günə qədər yekunlaşacaq
    Nüvə anlaşması üç günə qədər yekunlaşacaq

ABŞ dövlət katibi bildirib: İran və 5+1 qrupu arasında əldə nüvə anlaşması 1-3 gün ərzində yekunlaşacaq.

Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Con Kerri İndiana Universitetinin Beynəlxalq və Qlobal Araşdırmalar Məktəbinin açılış mərasimində deyib: İyul ayında İran və Altılıq qrupu arasında əldə olunan anlaşma 3 günə qədər yekunlaşacaq.
Kerri əlavə edib: Bu anlaşma sıx və ağır diplomatiya nəticəsində əldə olundu və iki prezidentlik dövrünə uzandı.
O bildirib: Hazırda bu anlaşmanın icrasına doğru hərəkət etməkdəyik və bu mərəhələdə də sayıqlığı və müştərək məqsəd və strateji birliyimizi qorumaq vacibdir.
Kerri sözlərinin arasında dəfələrlə vurğulayıb ki, bu anlaşma İranın atom silahını əldə etmək yollarını bağlayıb. Halbuki İran İslam Respublikasının yüksək səviyyəli rəsmiləri İranın atom silahını əldə etmək üzrə səyinə dair qərbin iddiasını rədd edib və həmişə vurğulayıblar ki, İranın nüvə fəaliyyətləri sülhməramlıdır və atom silahlarını istehsal etməyə çalışmaq qeyri-şəri və İslam dininin dini təlimləri ilə ziddiyyətdə olan məsələdir.