HMAP; uduş-uduş anlaşması və bütün dünya məsələlərinin diplomatik yolla həlli üçün nümunə
Okt 18, 2015 11:59 Asia/Baku
-
HMAP; uduş-uduş anlaşması və bütün dünya məsələlərinin diplomatik yolla həlli üçün nümunə
Çinli bir diplomat İran və 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasını bütün tərəfləri razı salan və digər dünya məsələlərinin diplomatik yolla həllinə nümunə ola biləcək bir anlaşma adlandırıb.
BMT-nin sabiq müavini nüvə anlaşmasını bütün dünya məsələlərinin diplomatik yolla həll edilməsi üçün münasib nümunə adlandırıb və deyib: İran və 5+1 qrupu arasındakı nüvə anlaşması regional və beynəlxalq səviyyədə bir çox müsbət təsirlərə malik ola bilər və bunlardan biri Yaxın Şərqdə cərəyan edən hadisələr təsirdir.Şan Zukang deyib: Yaxın Şərq olayları ilə bağlı Çinin makro və prinsipial mövqeyi, bütün mövcud problemlərin, nə qədər mürəkkəb olmasından asılı olmayaraq, danışıqlar yolu ilə həll ediləsi olmasıdır. Belə ki, Yaxın Şərqdə cərəyan edən börhanları da İranın nüvə işi kimi müzakirə və diplomatiya yolu ilə həll etmək mümkündür. Biz inanırıq ki, müharibə və qan axıtma hazırkı xoşagəlməz vəziyyətin daha da uzanmasına səbəb olacaq.