İran-5+1 Müştərək Komissiyasının ilk iclası başa çatıb
Okt 19, 2015 20:36 Asia/Baku
İran-5+1 Müştərək Komissiyasının ilk iclası Vyananın Koburq otelində başa çatıb.
IRIB-nin məlumatına görə, bu iclasda İranın və altılıq ölkələrinin xarici işlər nazirlərinin müavinləri və Avropa Birliyinin xarici siyasət üzrə koordinatorunun müavini Helqa Şmidt iştirak ediblər.İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı İran-5+1 Müştərək Komissiyasının ilk iclası başa çatandan sonra deyib ki, bu iclasda iş qaydası və komissiyanın məkanı müəyyənləşib.
İraqçı əlavə edib: Qərara alındı ki, üç aydan bir İran-5+1 Müştərək Komissiyasının iclası keçirilsin və yalnız bir dəlil tələb edərsə, ondan tez təşkil olunsun.
İran xarici işlər nazirinin müavini deyib: Bütün tərəflər öz öhdəliklərini, nüvə anlaşmasının izlənilməsi və ciddi olmasını vurğulayıb və təkrar ediblər ki, bu anlaşamanın davam etməsini istəyirlər.