Bəşşar Əsəd Moskvada Putin ilə görüşdü
Okt 21, 2015 15:52 Asia/Baku
Suriya prezidenti Bəşşar Əsəd dünən Moskvaya olan səfəri zamanı rusiyalı həmkarı Vladimir Putin ilə görüşüb.
Əl-Həds telekanalının verdiyi məlumata görə, Kreml sarayının sözçüsü deyib: Suriya prezidenti Bəşşar Əsəd və onun rusiyalı həmkarı Vladimir Putin Moskvada görüşərək, Rusiyanın Suriyada terrorçular əleyhinə hava hücumlarının davam etməsi barədə danışıblar.Rusia və Suriya müştərək bir bəyanat yayaraq, bildiriblər: Suriya prezidenti Bəşşar Əsəd Rusiyalı həmkrı Vladimir Putin ilə görüşdə Suriyaya olan yardımlarına görə Rusiyaya təşəkkür edib.
Bəşşar Əsəd deyib: terrorizm Suriya böhranının siyasi həll yolu üzərində duran böyük bir maneədir.
Əsəd həmçinin, Rusiyanın yardımlarının Suriyada faciə ilə nəticələnəcək ssenarilin önünü kəsdiyini bildirib.
Suriya prezidenti daha sonru bütün suriyalıların ölkənin taleyi və gələcəyi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək istədiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin də suriyalı həmkarı Bəşşar Əsəd ilə görüşdə ölkəsinin Suriyada hərbi və siyasi proseslərə yardım etməyə hazır olduğunu bildirib.
Putin daha sonra Suriya böhranı üçün siyasi həll yolunun tapılması məqsədi ilə digər beynəlxalq tərəflər ilə məsləhətləşmələrin aparılacağını bildirib.