Mogerini: İran Suriya böhranının həll yolunun bir hissəsi ola bilər
Okt 24, 2015 10:49 Asia/Baku
-
İran Suriya böhranının həll yolunun bir hissəsi ola bilər
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi deyib: İran Suriya həll yolunun bir hissəsi ola bilər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Federika Mogerini ABŞ dövlət katibi, Rusiya xarici işlər naziri və BMT-nin Suriya məsələləri üzrə Vyanada dördtərəfli iclasdan sonra İranın Suriyadakı rolu barədə bildirib: İran rəsmiləri ilə şəxsən söhbətlərim olub və bu ölkə mütləq Suriya həll yolunun bir hissəsi ola bilər.Mogerini əlavə edib: Hamı öz addımlarını koordinasiya etməyə və bir yolda hərəkət etməyə çalışır. Bu, Suriyanın rəhbərliyi ilə bu ölkədə siyasi həll yolu və qüdrətin ötürülməsi üçün yolun açılmasıdır. Bütün tərəflər iştirak etməli və Suriyada müharibənin dayanması ilə nəticələnməlidir.
Qeyd edək ki, Avropa Birliyi rəsmi şəkildə bildirib: Suriyada rolu olan istər, region, istərsə də beynəlxalq bütün oyunçular Suriya böhranının həlli prosesində iştirak etməlidirlər.
ABŞ dövlət katibi, Rusiya, Türkiyə və Ərəbistan xarici işlər nazirlərinin Suriya böhranının araşdırılması üzrə dördtərəfli iclası cümə günü Vyanada keçirilib.
Suriya böhranı 5 il öncə bəzi region ölkələri tərəfindən terrorçuların təchiz olunması ardınca başlanıb. İndiyə qədər bu ölkənin yüz minlərlə vətəndaşı bu terrorçular tərəfindən qətlə yetirilib, yaralanıb və didərgin düşüb.