Rusiya Əsədin kənarlaşdırılması üçün istənilən anlaşmanı təkzib etdi
Okt 24, 2015 11:02 Asia/Baku
Rusiya xarici işlər naziri bildirib: Moskva Suriya prezidenti Bəşşar Əsədin gələcəyi və yaxudn onun iqtidardan kənarlaşdırılması barədə heç bir anlaşma etməyib və etməyəcək və bu məsələ Suriya xalqına aiddir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Sergey Lavrov ABŞ dövlət katibi, Ərəbistan və Türkiyə xarici işlər nazirləri ilə Vyanada dördtərəfli iclasın kənarında bu iclasda Suriya hökuməti üçün qərarın verilməsi barədə yayımlanan xəbərləri media uydurması adlandırıb və bildirib: Moskva Vyana iclasında Suriya qarşısında öz mövqeyini vurğulayıb.Lavrov deyib: Hökumətin dəyişilməsi, xüsusilə də Bəşşar Əsədin kənarlaşdırılmasına israr İraq və Liviyaya bənzər vəziyyəti yaradacaq. Elə buna görə, Moskvanın mövqeyi budur ki, Suriyanın taleyi, bu ölkə prezidenti və hər bir suriyalı şəxsiyyətin gələciyini yalnız və başqa şəxs deyil, yalnız və yalnız bu ölkə xalqı təyin etməlidir.