Okt 26, 2015 14:11 Asia/Baku
  • Amerikalıların 85%-i bu ölkə dövlətindən narazıdır
    Amerikalıların 85%-i bu ölkə dövlətindən narazıdır

Bir rəy sorğusuna əsasən amerikalıların böyük əksəriyyəti ölkənin yanlış yolda addımladığına inanır.

PressTV-nin məlumatına görə, WND internet portalı və "Clout Reserch" institutu tərəfindən birgə şəkildə aparılan rəy sorğusuna əsasən, respondentlərin 85%-i ölkənin yanlış formada idarə edildiyinə inanır.
Bu məlumata görə, respublikaçıların 87%-i, demokratların 51%-i və müstəqil partiyaların tərəfdarlarının 83%-i ölkənin hazırkı idarəetmə sistemindən narazıdır.
Bu rəy sorğusunda iştirak edən respondentlərin 80%-i isə ölkənin iqtisadi vəziyyətini kövrək və qeyri-stabil dəyərləndirib.

Teqlər