Okt 27, 2015 19:45 Asia/Baku
  • Rusiya və İran
    Rusiya və İran "S-300"ün təhvil verilməsi barədə razılığa gəliblər

Rusiyanın "Ros Abaron Eksport" dövlət şirkətinin direktoru S-300 raket sistemlərinin İrana təhvil verilməsi barədə Moskva və Tehran arasında anlaşmanın əldə olunmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Anatoli İsaykin çərşənbə axşamı Moskvada bir mətbuat konfransında deyib: S-300 raket sistemlərinin İrana təhvil verilməsində yaranmış gecikmə ilə bağlı Tehranın Beynəlxalq Cenevrə Məhkəməsində qaldırdığı iş müsbət formada öz həllini tapdı və İranın öz şikayət ərizəsini geri çəkməsi ilə Moskva öz öhdəliyinə əməl edəcək.
S-300 raket sistemlərinin İrana təhvil verilməsi üzrə 2007-ci ildə Moskva və Tehran arasında imzalanmış ümumi dəyəri 800 milyon dollar olan müqavilənin icrası, Amerika və sionist rejimin təzyiqləri altında Dmitri Medvedyevin prezidentliyi dövründə, BMT TŞ-nin 1929 saylı qətnaməsinin icrası tədbirləri adı altında 2010-cu ilin sentyabrında dayandırıldı.
Halbuki, bu qətnamə hücum xarakterli silahların satışına dair qadağalar tətbiq edirdi və müdafiə xarakterli silahlara şamil olmurdu.
İran Rusiyanın bu hərəkətinin ardınca Ros Abaron Eksport şirkətindən Beynəlxalq Cenevrə Məhkəməsinə şikayət edərək, 4 milyard dollar kompensasiyanın ödənilməsini tələb etdi.
Rusiya prezidenti Vladimir Putin isə ölkəsinin İran qarşısındakı öhdəliyi yerinə yetirməsində yaranmış 8 illik təxirin ardınca S-300 raket sistemlərinin İrana verilməsini qadağan edən qanunun ləğv edilməsi barədə bir fərman verdi.
Müdafiə xarakterli olan S-300 raket sistemi dünyanın ən mühüm raket müdafiə sistemlərindən sayılır.

Teqlər