Okt 29, 2015 09:16 Asia/Baku
  • Ban Ki Mun ərəbistanlı tanınmış ruhaninin əfv olunmasını istədi
    Ban Ki Mun ərəbistanlı tanınmış ruhaninin əfv olunmasını istədi

BMT baş katibi Ərəbistanın tanınmış şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimr əfv olunması və ona çıxarılan edam qərarının ləğv edilməsini istəyib.

Səhər Beynəlxalq Televiziyasının Rəy əl-Youm xəbər portalına istinadla verdiyi məlumata görə, BMT baş katibinin sözçüsü Stefan Dojarrik çərşənbə günü deyib: Ban Ki Mun Ərəbistan kralı Salman Bin Əbdüləzizlə telefon söhbətində Şeyx Nimrə çıxarılan edam hökmünün verilməsindən nigaranlıq edərək bu tanınmış ərəbistanlı ruhaninin əfv edilməsini istəyib.
Dojarrik əlavə edib: Şeyx Nimrin edam hökmünün qarşısının alınması üçün beynəlxalq müraciətlərə baxmayaraq, bu qərar ötən bazar günü Ərəbistanın Ali Məhkəməsi tərəfindən verildi. Lakin BMT bu qərara qarşıdır.
Səudiyyə Ərəbistanının Ali və Apelyasiya məhkəmələri bazar günü bu ölkənin tanınmış şiə ruhanisi Şeyx Nimrə çıxarılan edam qərarını təsdiqləyiblər.
Ərəbistanın ən önəmli siyasi məhbusu hesab olunan Şeyx Nimr Baqir əl-Nimr 2012-ci ilin iyul ayında Qətif şəhərində ictimai etirazları təsdiqlədiyinə görə həbs olunub.
O 2014-cü ilin 15 oktyabrında Ərəbistan hökumətini tənqid etdiyinə görə edama məhkum olunub.
Bu qərar irimiqyaslı beynəlxalq etirazlara səbəb olub.

Teqlər