Okt 29, 2015 19:09 Asia/Baku
  • 
Moqerini Avropa Birliyinin dağılması haqda xəbərdarlıq edib
    Moqerini Avropa Birliyinin dağılması haqda xəbərdarlıq edib

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru bu birlik ölkələrinin mühacirlər böhranına kollektiv cavabını istəyib.

Fransada çıxan Le Fiqaro qəzeti saytının yazdığına görə, Federika Moqerini bir italyan qəzet ilə müsahibədə mühacirlər böhranının həllindəki ixtilaflar nəticəsində Avropa Birliyinin dağılması xətəri barədə xəbərdarlıq edib.
Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru deyib: Əgər avropalılar mühacirlərin qəbul edilməsi məsələsinə sırf milli baxış və maraqlar əsasında reaksiya verərlərsə, bu böhran hazırkı durumdan daha geniş olacaqdır.
Mövcud statistikalara əsasən, 2015-ci ilin əvvəlindən bəri 710 mindən çox mühacir Aralıq dənizi vasitəsi ilə Avropa torpağına daxil oub.
Mühacirlər böhranı ilə qarşılaşmada avropalı ölkələr arasında eyni siyasət mövcud deyil. Almaniya və İsveç mühacirlərin qəbulu üzrə payın ayrılması layihəsində hamıdan çox iştirak ediblər. Macarıstan, Polşa və Çexiya Respublikası kimi ölkələr isə bu layihənin əsas müxaliflərindəndirlər.

Teqlər