Okt 30, 2015 10:53 Asia/Baku
  • İran və Rusiya Xəzər dənizində korrupsiya ilə mübarizəni vurğulayıblar
    İran və Rusiya Xəzər dənizində korrupsiya ilə mübarizəni vurğulayıblar

İran İslam Respublikası və Rusiya Federasiyası Xəzər dənizi hövzəsində iki ölkənin korrupsiya ilə müştərək mübarizəsinin vacibliyini vurğulayıblar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Baş Yoxlama Təşkilatının sədri Nasir Sirac Rusiyanın baş prokuroru Yuri Çayka ilə Moskvada görüşdə korrupsiya və cinayətkarlıqla mübarizə üzrə Tehran və Moskvanın əməkdaşlıq yolları, eləcə də Xəzər dənizində korrupsiya ilə mübarizə üçün regional təşkilatın yaradılmasını araşdırıblar.
Rusiyanın baş prokuroru bu iclasda təklif edib ki, yaxın gələcəkdə iki ölkənin prokurorluq əməkdaşlığı memorandumu imzalansın. Çünki bu anlaşma beynəlxalq cinayətkarlıqla mübarizə üçün müştərək səylərin artırılması istiqamətində önəmli addım olacaq.
İranın Baş Yoxlamalar Təşkilatının sədri Nasir Sirac da bu iclasda korrupsiya ilə mübarizəni bu təşkilatın prioritetlərindən biri adlandırıb və deyib: Narkotik maddələrlə mübarizə məsələsi İran və Rusiya üçün çoxlu əhəmiyyət daşıyır.
Çərşənbə günündən Moskvada səfərdə olan Nasir Sirac Rusiyanın İnhisarçılığa qarşı Təşkilatının sədri İqor Erimitovla görüşdə də iki ölkənin hüquq və ədliyyə sahəsi üzrə əməkdaşlıqları barədə danışıqlar aparıblar.
Rusiyanın İnhisarçılığa qarşı Təşkilatının sədri də bu görüşdə korrupsiya və inhisarçılıqla mübarizənin geniş olduğunu vurğulayaraq deyib: İran və Rusiya müxtəlif sahələrdə geniş və təsirli əməkdaşlıqlar edə bilərlər.

Teqlər