Rusiyanın sərnişin təyyarəsinin süqut etməsinin səbəblərini araşdırmaq üçün Almaniya, Fransa və Rusiya əməkdaşlığı
Noy 01, 2015 11:08 Asia/Baku
Almaniya və Fransa Rusiya hava yollarına məxsus sərnişin təyyarəsinin süqut etməsinin səbəblərinə aydınlıq gətirmək üçün Rusiyaya kömək etməyə hazır olduqlarını bildiriblər.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Almaniyanın bir qrup mütəxəssisi Airbus təyyarəqayırma şirkətinin 6 texniki və 2 mütəxəssisdən ibarət Fransanın ekspert qrupu ilə birlikdə bazar günü Airbus 321 sərnişin təyyarəsinin süqut etdiyi məkana, Misirin Sina məntəqəsinə ezam olunub.
Bu məlumata görə, hal hazırda Rusiyanın 4 nəfərlik bir mütəxəssis heyəti lazımi araşdırmaların aparılması ilə məşğuldur. Almaniya və Fransanın ekspert qrupları da bu işdə onlara kömək edəcəklər.
Şənbə günü səhər Rusiya hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi Misirin Sina məntəqəsində süqut edib və təyyarədə olan 224 sərnişin həyatını itirib.