Noy 01, 2015 13:19 Asia/Baku
  • "Airbus 321" təyyarəsinin bəzi sərnişinlərinin həyatda olması xəbəri təkzib edildi

Rusiyanın Qahirədəki səfirliyi "Airbus 321" təyyarəsinin bəzi sərnişinlərinin həyatda olması ilə bağlı xəbərləri təkzib edib.

İnterfaks-ın məlumatına görə, Rusiyanın Qahirədəki səfirliyi bazar günü bir bəyanat yayaraq, "Airbus 321" sərnişin təyyarəsinin Misirin Sina məntəqəsində süqut etməsindən təəssüfləndiyini bildirib və təyyarənin bütün sərnişinlərinin həyatını itirdiyini elan edib.
Bundan öncə Misir rəsmiləri bəzi sərnişinlərin həyatda olduğunu bildirmişdilər.
"Airbus 321" sərnişin təyyarəsinin texniki nasazlıq üzündən süqut etdiyi bildirilib.
Buna baxmayaraq İŞİD terror qruplaşmasının Misirdəki qolu olan Sina Vilayəti terror qruplaşması bu sərnişin təyyarəsini vurduğunu elan edib. Bu terror qruplaşması Rusiya hava yolları şirkətinə məxsus olan bu sərnişin təyyarəsini, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına cavab olaraq vurduğunu bildirib.

Teqlər