Gürcüstan baş nazirinin bu ölkənin sabiq prezidenti barədə söylədikləri
https://azeri.sahartv.ir/news/dünya-i199244-gürcüstan_baş_nazirinin_bu_ölkənin_sabiq_prezidenti_barədə_söylədikləri
Gürcüstanın baş naziri Estoniyaya səfəri zamanı deyib: Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin hazırkı meri Gürcüstanda dövlət çevrilişi ittihamı ilə mühakimə edilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2015 14:21 Asia/Baku
  • 
Gürcüstan baş nazirinin bu ölkənin sabiq prezidenti barədə söylədikləri
    Gürcüstan baş nazirinin bu ölkənin sabiq prezidenti barədə söylədikləri

Gürcüstanın baş naziri Estoniyaya səfəri zamanı deyib: Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin hazırkı meri Gürcüstanda dövlət çevrilişi ittihamı ilə mühakimə edilməlidir.

İTAR TASS-ın verdiyi məlumata görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tallində mətbuat konfransında deyib: Mixail Saakaşvili Gürcüstanda dövlət çevrilişinə cəhd göstərib və bu barədə dəlil və sübutlar mövcuddur.
2013-cü ildə Georgi Marqulaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsinin ardınca, Saakaşvili ölkəni tərk etdi. Gürcüstan Baş Prokurorluğu qiyabi şəkildə Saakaşvilini müxtəlif cinayətlərlə bağlı 5 milyon dollar mənimsəməkdə ittiham edib.