Oklənddə silahlı insident 4 can aldı
Noy 05, 2015 18:55 Asia/Baku
-
Oklənddə silahlı insident 4 can aldı
ABŞ-ın Kaliforniya Ştatında, Oklənd şəhərində silahlı bir şəxs 3 nəfəri qətlə yetirib.
PressTV-nin məlumatına görə, ABŞ polisi bildirib ki, bu Hermen Driko adlı 42 yaşlı şəxs çərşənbə günü axşam bir evdə odlu silah ilə iki qadın və bir kişini qətlə yetirib. Qatil daha sonra özünü vuraraq, intihar edib.Polis bu hadisə ilə bağlı araşdırmalara başlayıb və hadisənin səbəbləri ilə bağlı istintiaq davam edir.
Çərşənbə günü axşam Nyu Cersi Ştatında, Asbri parkında baş vermiş silahlı insident zamanı isə 9 yaşlı bir qız və bir kişi yaralanıb.
Hər il 30 mindən çox insan Amerikada silahlı insidentlər nəticəsində həyatını itirir.
Amerikada silahlı insidentlər həmçinin, orta hesabla hər gün 87 nəfərin ölməsi və 187 nəfərin yaralanmasına səbəb olur.
Amerikada silahlı insidentlər nəticəsində ölən və yaralananların sayının artması bu ölkə üçün ciddi problemə çevrilib.