Noy 06, 2015 12:14 Asia/Baku
  • ABŞ ordusunun xarici hərbçilərə təlimi; yararsız və uğursuz plan
    ABŞ ordusunun xarici hərbçilərə təlimi; yararsız və uğursuz plan

Sputnik İnformasiya Agentliyi bir məqalədə bildirib: ABŞ ordusu tərəfindən xarici hərbçilərə təlimin keçilməsi ideyası tamamilə uğursuz olmuşdur.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Sputnik İnformasiya Agentliyi bir məqalədə amerikalı təlimçilər tərəfindən əməliyyatlar üzrə əsasən Əfqanıstan və İraqda xarici hərbçilərə təlimin keçirilməsinin yararsızlığına toxunaraq əlavə edib: Amerika tərəfindən təlim keçilmiş xarici hərbçilər öz ölkələrini müdafiə etmək iqtidarında deyillər və xarici hərbçilərə təlim ideyası yanlış ideyadır.
Məlumata görə, amerikalılar tərəfindən xarici hərbçilərə təlim üzrə nəticələrin dəyərləndirilməsi göstərir ki, bir çox hallarda amerikalıların təlim keçdiyi xarici hərbçilər öz ölkələrini müdafiə etmək iqtidarında deyillər. Bu məsələnin bariz nümunəsini Əfqanıstan və İraqda açıq-aydın şəkildə müşahidə etmək olar.
Vaşinqton dünyanın müxtəlif ölkələrində hərbi yardım proqramları üçün milyonlarla dollar vəsaiti göyə sovurur. Halbuki amerikalı təlimçilərin nəzarətində olan xarici hərbçilər düşmənlərdən daha yaxşı təchiz olunmalarına baxmayaraq, öz ölkələrini müdafiə etməkdə acizdirlər.
Amerikalıların təlim keçdiyi İraq ordusu qüvvələrinin sayı 270 min nəfərdir. Lakin 2014-cü ilin iyun ayında təxminən 1000 nəfər İŞİD ünsürü İraqın ikinci ən böyük şəhəri Mosula hücum etdi və nəticədə İraqın təhlükəsizlik qüvvələri geri çəkildilər.
Əfqanıstanda da ötən sentyabr ayında bir qrup üsyançı Qunduz vilayətinin eyniadlı şəhərini ələ keçirərək əfqan hərbçilərin mat qalmasına səbəb oldu.

Teqlər