Noy 07, 2015 13:22 Asia/Baku
  • Ukraynada münaqişə tərəfləri arasında anlaşma
    Ukraynada münaqişə tərəfləri arasında anlaşma

Almaniya xarici işlər naziri Ukrayna ordusu ilə müxaliflər arasında ağır silahların Ukraynanın şərqindən çıxarılması barədə razılığın əldə olunmasını təsdiq edib.

PressTV-nin məlumatına görə Frank Valter Ştaynmayer Berlində keçirilən sülh müzakirələrinin ardınca Ukrayna ordusu və müxalif qüvvələr ağır silahların Ukraynanın şərqindən çıxarılması barədə razılığa gəliblər.
Almaniya xarici işlər naziri Ştaynmayer bu silahların noyabrın sonuna kimi Ukraynanın şərqindən çıxarılacağına ümidvar olduğunu bildirib.
Bu məlumata görə, Ukrayna, Rusiya və Almaniya xarici işlər nazirləri Berlində baş tutan 2 saatlıq müzakirələrin ardınca ayrı-ayrılıqda bəyanatlar yayaraq, Ukraynada nisbi sakitliyin bərqərar edilməsini müsbət qarşılayıb və sentyabr ayında elan olunan atəşkəsin tam formada icra edilməsini istəyiblər.
Bu iclasda həmçinin toqquşma məntəqələrinin minalardan təmizlənməsi məsələsi də araşdırılıb və qərara alınıb ki, noyabrın sonuna kimi bu zəmində anlaşma əldə olunsun.

Teqlər