11 min rus turist Misiri tərk etdi
Noy 08, 2015 20:58 Asia/Baku
-
11 min rus turist Misiri tərk etdi
Moskva ötən sutka ərzində minlərlə rus turisti ölkəyə geri qaytarıb.
RİA Novosti-nin verdiyi məlumata görə Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç deyib: Moskva ötən 24 saat ərzində 11 min rus turist Misirdən ölkəyə geri qaytarılıb.Dvorkoviç əlavə edib: Bazar günü daha çox rus turistin ölkəyə gətirilməsi gözlənilir.
Rusiyanın Misirə olan uçuşları dayandırmasının ardınca Misirdə olan təqribən 80 min rus turist Misirdə çarəsiz vəziyyətdə qalıb.
Rusiya Xarici İşlər Nazirliyi şənbə günü bildirib ki, xarici işlər nazirinin müavini Mixail Boqdanov Misirin Moskvadakı səfiri Məhəmməd əl-Bədri ilə görüşdə Rusiyanın Misirə olan bütün uçuşların dayandırılması barədə qərarından xəbər verib.
Boqdanov və əl-Bədri həmçinin Rusiya təyyarəsinin Misirdə süqut etməsi barədə araşdırmaların davam etməsindən xəbər veriblər.
Dvorkoviç də dünən bildirib ki, Misir ordusu bu hadisənin ardınca Misirdə olan Rusiya vətəndaşlarının ölkəyə qaytarılması əməliyyatını öz üzərinə götürüb.