Rusiya tərəfindən Suriya iclası üçün sənədin ilkin mətninin hazırlanması təkzib olunub
https://azeri.sahartv.ir/news/dünya-i199491-rusiya_tərəfindən_suriya_iclası_üçün_sənədin_ilkin_mətninin_hazırlanması_təkzib_olunub
Rusiyanın xarici işlər naziri Suriya barədə beynəlxalq iclas üçün hər cür sənədin ilkin mətninin hazırlandığını təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2015 11:15 Asia/Baku
  • Rusiya tərəfindən Suriya iclası üçün sənədin ilkin mətninin hazırlanması təkzib olunub
    Rusiya tərəfindən Suriya iclası üçün sənədin ilkin mətninin hazırlanması təkzib olunub

Rusiyanın xarici işlər naziri Suriya barədə beynəlxalq iclas üçün hər cür sənədin ilkin mətninin hazırlandığını təkzib edib.

Röyters-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Vyana iclası üçün sənədin ilkin mətninin hazırlanması ilə bağlı məlumatlar həqiqətdən uzaqdır.
Zaxarova əlavə edib: Moskva Vyana iclasında iki məsələ üzərində təmərküzləşəcək. Birincisi, regionda və Suriyada terrorçu biləcəyimiz şəxslərin tanınmaları və təsnifata ayrılmaları, ikincisi isə, Dəməşqlə müzakirələr apara biləcək Suriya müxaliflərinin nümayəndələri barədə siyahının hazırlanması.
Zaxarova həmçinin ötən Vyana iclasına toxunaraq, deyib ki, Rusiyanın qarşıdakı Vyana iclasına hazırlığı oktyabrın 30-da həmin şəhərdə əldə olunmuş sənədə əsaslanır.