ABŞ-ın Florida ştatında dəhşətli insident baş verdi
Noy 11, 2015 18:40 Asia/Baku
-
ABŞ-ın Florida ştatında dəhşətli insident baş verdi
Amerikada silahlı insidentlərin davamında, Floridaş ştatında yanacaq doldurma məntəqəsində iki kişi silahlı insident nəticəsində həlak olub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ötən gün Florida ştatının Pensakulay şəhərində avtomobillə iki kişi Raceway yanacaqdoldurma məntəqəsinə daxil olub.Şahidlərin qaradərili silahlı şəxs hesab etdikləri bir şəxs qəfildən onların hələ maşında olduğu bir halda atəş açıb və onların hər ikisini öldürüb və şübhəli piyada olaraq hadisə yerindən uzaqlaşıb.
Florida polisi hələlik hadisə yerində keçinən bu iki şəxsin qatilinin kimliyini elan etməyib.
Amerikada silahlı insidentlər son aylarda qalmaqallı məsələyə çevrilib və iş o yerə çatıb ki, hətta 2016-cı il prezident seçkilərinin namizədləri də ölkədə silah daşıma ilə əlaqədar qanunların islah olunmasının zəruriliyini vurğulayıblar.