Saatlı bomba; Rusiya təyyarəsinin qəza səbəbi
Noy 12, 2015 06:05 Asia/Baku
-
Saatlı bomba; Rusiya təyyarəsinin qəza səbəbi
Rusiyanın sərnişin təyyarəsinin Misirin Sina səhrası səmasında qəzaya uğramasından iki həftəyə yaxın zamanın keçməsi ilə Amerika dairələri ötən gün bildiriblər ki, çox ehtimalla bu təyyarə saatlı bombanın partlaması nəticəsində qəzaya uğrayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, CNN telekanalı əlavə edib: Amerika dairələri həmçinin deyiblər ki, bu partlayışda C-4 partlayıcı maddəsindən istifadə olunub.Rusiyanın "Koqalımavia" aviasiya şirkətinə məxsus Şərm əl-Şeyx- Sankt-Peterburq istiqamətində uçan təyyarəsi Sina yarımadasında qəzaya uğrayıb və əksəriyyəti turist olan bu təyyarənin 224 sərnişini həlak olub.
Teqlər