Noy 12, 2015 20:25 Asia/Baku
  • Suriyalı mühacirlərin Gürcüstan tərəfindən qəbulu ehtimalı var
    Suriyalı mühacirlərin Gürcüstan tərəfindən qəbulu ehtimalı var

Avropa Şurasının Parlament Assambleyasının Gürcüstan məsələləri üzrə xüsusi məruzəçisi deyib ki, bu ölkə Suriya mühacirlərini qəbul edə bilər.

Trend xəbər agentliyinin məlumatına görə, Avropa Şurasının Parlament Assambleyasının Gürcüstan məsələləri üzrə xüsusi məruzəçisi Andrejs Mamikins sonra deyib ki, Gürcüstan Avropa İttifaqının siyasətləri ilə öz həmrəyliyini bildirmək üçün suriyalı mühacirləri qəbul edə bilər.
O, həmçinin deyib ki, bir çox ölkə suriyalı didərginlərə sığınacaq verə və Gürcüstan da bu ölkələrdən biri ola bilər.
Mamikins əlavə edib: Avropa İttifaqı ilə əlaqədə olan ölkələr bu birliyin suriyalı mühacirlərin qəbulu üzrə planında iştiraka öhdəlikli deyillər, amma Avropa İttifaqının siyasətləri ilə həmrəylik elan etmək üçün ona qatıla bilərlər.
O, vurğulayıb ki, mühacirlər böhranının Avropa İttifaqının bu birliyə qoşulmaq istəyən qeyri-üzv ölkələrlə müzakirələri prosesinə heç bir təsiri olmayacaq.
Mamikinsin sözləri elə bir halda söylənir ki, 2015-ci ilin əvvəllindən bəri mövcud olan statistikalara görə, 710 mindən çox mühacir Aralıq dənizi vasitəsilə Avropaya daxil olub.
Mühacirlər böhranı ilə qarşılaşmada Avropa ölkələri arasında eyni siyasət mövcud deyil. Hamıdan çox Almaniya və İsveç mühacirlərin qəbulu üzrə paylaşma layihəsində iştirak edirlər və Macarıstan, Polşa və Çexiya Respublikası kimi ölkələr bu layihənin əsas müxaliflərindəndirlər.

Teqlər