Noy 14, 2015 10:07 Asia/Baku
  • Fransada fövqəladə vəziyyət elan edildi
    Fransada fövqəladə vəziyyət elan edildi

Fransanın müxtəlif məntəqələrində ardıcıl olaraq silahlı hücumların törədilməsinin ardınca Fransa prezidenti ölkədə fövqəladə vəziyyət elan edib.

Fransada çıxan Lu Fiqaro qəzetinin yazdığına görə, Fransua Oland rəsmən ölkədə fövqəladə vəziyyət elan edib.
Fransa prezidenti bəzi dairələrin tətil ediləcəyini və bəzi məntəqələrdə gediş-gəlişin məhdudlaşdırılacağını bildirib.
Fransada fövqəladə vəziyyət 1995-ci ildə qəbul edilmiş qanuna əsasən 12 gün müddətinə icra olunacaq. Son dəfə Fransada fövqəladə vəziyyət 2005-ci ildə icraya qoyulmuşdu.
Bu qərara əsasən paytaxt Parisdə 1500 hərbçi yerləşdiriləcək.
Fransua Oland ölkədəki son silahlı hücumlara reaksiya olaraq, deyib: Terrorizm ilə mübarizə heç bir güzəşt olmadan, amansız şəkildə aparılacaq.
Oland həmçinin Fransanın sərhədlərinin bağlanacağını və təhlükəsizlik qüvvələrinin terrorizm ilə mübarizə üzrə bütün səylərini səfərbər edəcəklərini bildirib.
Fransa prezidenti həmçinin, son terror hücumlarının ardınca G-20 iclasında iştirak üçün Türkiyəyə olacaq səfərini ləğv edib.
Parisdə də hazırda bəzi metro xətlərinin fəaliyyəti dayandırılıb və məktəblər təhlükəsizlik tədbirləri ilə əlaqədar şənbə günü tətil elan edilib.
Həmçinin, Fransanın paytaxtında törədilən terror aktlarının ardınca bu ölkənin 3 əsas siyasi partiyası bələdiyyə seçkilərində iştirak üzrə seçki rəqabətlərini dayandırdıqlarını elan ediblər.
Parisin müxtəlif məntəqələrində törədilən partlayışlar və silahlı hücumlar habelə, Bataklan məntəqəsində bir konsert zalında girov götürmə nəticəsində 160 nəfərin öldüyü bildirilir.200 nəfərdən də çox yaralanıblar. İndiyə kimi 8 terrorçunun da öldürüldüyü deyilir.

Teqlər