Noy 15, 2015 16:16 Asia/Baku
  • Rusiya terrorizmlə mübarizə üçün beynəlxalq ictimaiyyətə müraciət etdi
    Rusiya terrorizmlə mübarizə üçün beynəlxalq ictimaiyyətə müraciət etdi

Rusiya prezidenti terrorizmlə mübarizə üçün beynəlxalq ictimaiyyətin əməkdaşlıq etməsini istəyib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Türkiyənin Antaliya şəhərində Briks qrupunun qeyri-rəsmi iclasında deyib: Bizim hamımız yaxşı bilirik ki, yalnız beynəlxalq ictimaiyyətin düzgün səyi terrorizm təhlükəsi ilə mübarizə və toqquşmalar nəticəsində ev-eşiksiz qalan milyonlarla nəfərə kömək edə bilər.
Cümə günü Parisdə baş verən terror aktına toxunan Putin deyib: Biz həmişə terrorizm təhdidi ilə təsirli mübarizə üçün əməkdaşlığın olunmasını istəyirik.
Kremlin sözçüsü Dmitri Peskov Türkiyədə 20-lər Qrupunun iclasının kənarında bildirib: Hal-hazırda Rusiya və qərb arasıdna əlaqələrin yaxınlaşmasından söz açmaq çox tezdir.

Teqlər