Noy 18, 2015 09:58 Asia/Baku
  • Əsəd Fransa ilə təhlükəsizlik əməkdaşlığı üçün şərtlərini açıqladı
    Əsəd Fransa ilə təhlükəsizlik əməkdaşlığı üçün şərtlərini açıqladı

Suriya prezidenti Bəşşar Əsəd bildirib ki, Fransa ilə məxfi təhlükəsizlik informasiyalarının mübadilə edilməsi üzrə əməkdaşlığa hazırdır. Bunun üçün Paris Dəməşqlə bağlı siyasətinə düzəliş etməlidir.

Əl-Aləm kanalının məlumatına görə, Bəşşar Əsəd deyib: Əgər Fransa dövləti terrorizm ilə mübarizədə ciddi olmazsa, biz də öz vaxtımızı terrorizmi himayə edən dövlət və onun müəssisələri üçün tələf etməyəcəyik.
Dəfələrlə terrorizm ilə mübarizənin aparılması üçün beynəlxalq koalisiyanın təsis edilməsinə təkid etdiyini bildirən Əsəd Suriya xalqının iradəsinin nə olduğunu öyrənməyin yeganə yolunun ölkədə seçkilərin keçirilməsi olduğunu vurğulayıb və deyib: Xarici tərəflərin zorla diktə etməyə çalışdıqları Suriya xalqının iradəsini əks etdirmir.

Teqlər