Noy 18, 2015 10:50 Asia/Baku
  • Cənubi Afrika Respublikası İsrail rejiminin 4 rəsmisi barədə həbs qərarı çıxartdı
    Cənubi Afrika Respublikası İsrail rejiminin 4 rəsmisi barədə həbs qərarı çıxartdı

Cənubi Afrika Respublikası polisi sionist rejimin 4 sabiq yüksək səviyyəli rəsmisinin həbsi barədə qərar çıxardıb. Bu 4 nəfər 2010-cu ildə Türkiyənin Mavi Mərmərə gəmisinə edilən hücum hadisəsi ilə əlaqədar həbsə məhkum edilib.

İRNA-nın məlumatına görə, Haarets qəzeti yazır: Cənubi Afrika Respublikasında "İsraili Boykot" hərəkatı bir bəyanat yayaraq, bildirib ki, bu qərar Cənubi Afrika Respublikası vətəndaşı olan Qadica Deyvisin şikayəti əsasında çıxarılıb. Qadica Deyvis İsrail komandoslarının Türkiyənin Qəzzəyə humanitar yardım aparan Mavi Mərmərə gəmisinə hücumu və 9 Türkiyə vətəndaşını qətlə yetirmələri zamanı həmin gəmidə olub.
Bu hərəkatın bildirdiyinə görə, Cənubi Afrika Respublikası polisi İsrail silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Qabi Eşkinazi, İsrail ordusu Dəniz Qoşunlarının sabiq komandanı Elyezer Marun, İsrail ordusunun Kəşfiyyat Xidmətinin sabiq rəisi Amus Yadlin və İsrail rejimi Hava Qüvvələrinin komandanı Uyşay Bui barəsində həbs qərarı çıxardıb. Deyvisin vəkilinin dediyinə görə, bu şəxslər Cənubi Afrikaya daxil olduqları təqdirdə, dərhal həbs ediləcəklər.
İsrail komandosları 2010-cu ildə Türkiyənin Mavi Mərmərə gəmisinə hücum edərək, 9 Türkiyə vətəndaşını qətlə yetirmişdilər.

Teqlər