Rusiya bu ölkəyə qarşı sanksiyaların müddətinin uzadılması barədə xəbərdarlıq etdi
Noy 19, 2015 16:41 Asia/Baku
-
Rusiya bu ölkəyə qarşı sanksiyaların müddətinin uzadılması barədə xəbərdarlıq etdi
Avropa Birliyinin Rusiya əleyhinə sanksiyaların müddətinin uzadılması üçün hazırlığını bildirməsi ilə yanaşı Rusiya xəbərdarlıq edib ki, Rusiya əleyhinə dəmir pərdənin yenidən bərqərar olunması Qərb, xüsusilə də Amerika üçün ziyanlı olacaqdır.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bu ölkənin xəbər telekanlına verdiyi müsahibədə deyib: Moskva Rusiyanı təcrid etməyin davam etməsi barədə xəbərdarlıq edir və bu prosesə son qoyulmasını istəyir.Lavrov əlavə edib: Əgər Rusiya əleyhinbə dəmir pərdə yenidən çəkilərsə, onu həyata keçirənlərin zərbə ilə üzləşməsi mümkündür. Bunun isə Amerika üçün dəhşətli nəticələri olacaqdır.
Avropa Birliyinin iş gündəminə əsasən, bu birliyin üzvləri 2015-ci ilin son iclasında Ukrayna məsələsinə görə, Rusiya əleyhinə sanksiyaların müddətinin uzadılmasını araşdıracaqlar. Məlumatlar ehtimal üzrə bunun təsdiqlənəcəyini təsdiqləyir.
Müddəti gələn ilin ilk yarısının sonuna qədər uzadılacaq bu sanksiyalar müxtəlif sahələr, o cümlədən kredit qadağası, ticarət döviyyəsinin məhdudlaşdırılması və həssas texnologiyanın nəqlinə qadağaya şamil olur. Bu məsələ Rusiyanın iqtisadi gərginliyinə səbəb olub və neftin qiymətinin ucuzlaşması da təzyiqi artırır.