Lavrov Suriya böhranının həlli üçün Bəşşar Əsədin iştirakını vurğulayıb
Noy 19, 2015 19:27 Asia/Baku
Rusiya xarici işlər naziri Bəşşar Əsədin Suriya vətəndaşlarının böyük bir hissəsinin nümayəndəsi olduğunu bəyan edərək bildirib: bu ölkə böhranının Əsədsiz həlli mütləq dinc olmayacaqdır.
Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: Bu ölkənin qərb şərikləri bu nəticəyə çatmaq istəyirlər ki, onların Suriyadakı prioriteti Əsədin kənarlaşdırılması deyil, İŞİD terror qruplaşmasının məhvidir.Lavrovun qənaətincə, qərb siyasətçiləri Əsədin getməsi ilə bütün problemlərin həll olunmayacağına dair ideyanın əbəs olduğunu dərk etmişlər.
Lavrov deyib: Fransa prezidenti Fransua Ollandın rus həmkarı Vladimir Putinlə Paris hücumlarından sonra əlaqə saxlaması və səylərin koordinasiya olunması təklifini etməsi və Putinin bu məsələdə maraqlı olması göstərir ki, siyasətçilər ikinci dərəcəli məsələləri kənara qoyub İŞİD-lə döyüş olan əsas prioritetə diqqət yetirsinlər.
Rusiya xarici işlər naziri xatırladıb: Qərblilər və digərlərinin Suriya xalqının ayağa qalxaraq Əsədi devirəcəyinə dair bütün proqnozları həqiqətə çatmadı. Bu o deməkdir ki, Əsəd Suriya ictimaiyyətinin önəmli hissəsinin tələblərini əks etdirir. Buna görə də Əsədin iştirakı olmadan istənilən dinc həll yolu əlçatmazdır.
Lavrov Suriyanın hakimiyyətinə hörmətlə yanaşdığı təqdirdə İŞİD əleyhinə koalisiya ilə əməkdaşlıq üçün Rusiyanın hazır olduğunu bildirib.