Terrorçular Fransada mühacir böhranı məsələsindən sui-istifadə edirlər
Noy 20, 2015 11:15 Asia/Baku
Fransa baş naziri bildirib ki, bəzi terrorçular ölkədəki mühacir böhranından sui-istifadə edirlər.
Fransada çıxan Lu Fiqaro qəzetinin yazdığına görə, Manuel Vals dünən deyib: Paris terror hücumlarının bəzi amilləri ölkədəki mühacir böhranından sui-istifadə edərək, Fransaya daxil olublar.Manuel Vals bu terrorçuların bəzilərinin Belçikadan Fransaya daxil olduqlarını və bəzi terrorçuların isə Fransada yaşayan insanlar olduğunu bildirib.
Cümə günü Parisdə 130 nəfərin ölməsi və 350 nəfərin yaralanmasına səbəb olan terror hücumlarının ardınca, İŞİD terror qruplaşması bu terror hücumlarının məsuliyyətini öz üzərinə götürüb.