Rusnano-nun meneceri: İran Qərbin sanksiyaları sayəsində İslam Dünyasının ən inkişaf etmiş ölkəsidir
Noy 23, 2015 12:16 Asia/Baku
Rusnano şirkətinin meneceri İranı İslam Dünyasının ən inkişaf etmiş ölkəsi adlandırıb və deyib: İran nano texnologiyasına özü təklikdə nail olub.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rusnano şirkətinin investisiya meneceri Vadim Vesçezerov "Pravda" informasiya portalı ilə müsahibədə deyib: İran Qərbin sanksiyaları nəticəsində, bu gün İslam Dünyasının ən inkişaf etmiş ölkəsidir.O, İran və Rusiyanın "Hi-Tec" sahəsindəki əməkdaşlıqları barədə də deyib: Bu, Tehran və Moskvanın əməkdaşlıq edə biləcəyi sahələrdən biridir.
Bir müddət öncə Rusnano şirkətinin nümayəndə heyəti İrana səfər etmiş və Tehranda keçirilən 8-ci nano-texnologiyası sərgisinə baxış keçirərək, İranın əlaqədar rəsmiləri ilə görüşmüşdü.