Noy 27, 2015 12:32 Asia/Baku
  •  İran Suriya böhranının həllində mühüm oyunçudur
    İran Suriya böhranının həllində mühüm oyunçudur

İngiltərə baş naziri İran İslam Respublikasını Suriya böhranının həllində mühüm rola malik ölkə adlandırıb.

İRNA-nın məlumatına görə, Deyvid Kameron cümə axşamı İngiltərə Parlamentinin aşağı palatasında Londonun terrorizm və İŞİD ilə bağlı strategiyasını açıqlayarkən deyib: İran mühüm bir regional dövlətdir və Suriyada sülhün bərqərar edilməsində təsirli rola malikdir.
Kameron əlavə edib: İranın regional məsələlər və Suriya böhranının həllindəki rolu ciddi qəbul edilməlidir.
İngiltərə baş naziri Suriya böhranı üçün siyasi həll yolunun artıq reallaşmaqda olduğunu deyərək, əlavə edib: İŞİD təhlükəsi ilə bağlı beynəlxalq səviyyədə ortaq fikirin formalaşması ilə, İngiltərə Suriyada İŞİD əleyhinə hərbi əməliyyatlarını genişləndirməlidir.

Teqlər