Noy 28, 2015 10:07 Asia/Baku
  • Amerikanın Kolorado ştatında silahlı insident
    Amerikanın Kolorado ştatında silahlı insident

Amerikanın Kolorado ştatında bir klinikaya qarşı silahlı hücum 12 nəfərin ölməsi və yaralanması ilə nəticələnib.

Nyu-York Tayms qəzetinin məlumatına görə, cümə günü silahlı hücumçularla Amerikanın polis qüvvələri arasında Kolorado ştatının Kolorado Springer şəhərində baş vermiş toqquşmada üç nəfər həyatını itirib.
Polis rəsmilərinin bildirdiklərinə görə, ölənlərdən biri polis qüvvələrindən, iki nəfər isə mülkilərdən olub. Doqquz nəfər də yaralanıbdır.
Kolorado Springer şəhərinin meri Con Saderz deyib: Bu klinikanın içindən əhaliyə və məmurlara qarşı atəş açan şəxs həbs olunub.
Küçələrdə silahlı toqquşmalar narkomaddələr qaçaqmalçılığına və silahın əldə olunması imkanına görə, Amerika şəhərlərindəki kobudluqarın ciddi amillərindən sayılır.
2015-ci ildəki silahlı zorakılıqlarla bağlı sənədlərə əsasən, yanvarın birindən oktyabrın əvvəllərindək Amerikanın müxtəlif şəhərlərində 39 min 520 haldan çox silahlı zorakılıq xəbər verilibdir ki, onların nəticəsində 9 min 956 nəfər ölüb, 20 min 269 nəfər də yaralanıbdır.

Teqlər