Ə. Borucerdinin Rusiyada məşvərətləri
Noy 28, 2015 12:17 Asia/Baku
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Pakistan, Əfqanıstan və Tacikistanın parlament sədrləri ilə görüşərək, onlarla ikitərəfli əlaqələrin inkişaf və terrorizmlə mübarizə yollarını araşdırıb.
Əlaəddin Borucerdi Sankt-Peterburq şəhərində keçirilən MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müahidəsi Təşkilatının Parlament Assambleyasının iclası kənarında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşdə iki ölkə əlaqələrini strateji əlaqələr adlandırıb və ikitərəfli parlament həmkarlıqlarının genişləndirilməsini istəyib.Əlaəddin Borucerdi və Pakistan Milli Məclisinin sədri Sərdar Ayaz Sadiqin bu iclas kənarındakı görüşündə də iki ölkənin parlament əlaqələrinin inkişaf yolları araşdırılıb.
Borucerdi bu görüşdə iki ölkənin xüsusən Əfqanıstanın qonşuluğunda yerləşən sərhəd məntəqələrinin həssaslığına toxunaraq, iki ölkənin narkomaddələr qaçaqmalçılığı və terrorizmlə mübarizədə əməkdaşlığının önəmini vurğulayıb.
Sərdar Ayaz Sadiq də iki ölkə parlamentlərinin regional proeblemlər, həmçinin terrorçuluqla mübarizə sahəsindəki rolunu olduqca səmərəli adlandırıb və bildirib ki, qarşılıqlı parlament həmkarlıqlarının gücləndirilməsi iki ölkə və iki xalqın əlaqələrinin inkişafında təsirli rol oynaya bilər.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Tacikistan məclisinin sədri Abdullayev və Əfqanıstan məclisinin sədri Əbdurrəuf İbrahimi ilə görüşlərdə də onlarla ikitərəfli parlament, siyasi və təhlükəsizlik həmkarlıqlarının genişləndirilməsi haqda müzakirə aparıb.
Borucerdi Əfqanıstan məclisinin sədri ilə görüşdə mövcud maneələr və problemlərə üstün gəlmək üçün islami ölkələr arasında anlaşmanın gücləndirilməsi və həmkarlıqların genişləndirilməsini önəmli adlandırıb.
Əfqanıstan məclisinin sədri Əbdurrəuf İbrahimi də bu görüşdə İran-Əfqanıstan əlaqələri və əməkdaşlıqlarının davam etməsi və gücləndirilməsini faydalı adlandıraraq, Tehran və Kabilin regional anti-terror həmkarlıqlarının genişlənməsini istəyib.
Əlaəddin Borucerdi habelə Tacikistan məclisinin sədri ilə görüşdə ikitərəfli əlaqələri dostcasına, həmçinin müştərək tarixi və mədəni bağlara söykənən əlaqələr adlandırıb və ümidvarlıq edibdir ki, iki ölkənin əməkdaşlıqları bütün sahələrdə inkişaf edəcək.
MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müahidəsi Təşkilatının Parlament Assambelyasının iki günlük iclası Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistanın üzvlüyü, həmçinin Əfqanıstan Milli Məclisi- Loye Cərgənin nümayəndələri və Serbiyanın parlament üzvünün nəzarətçi üzvlər, İranın da xüsusi qonaq kimi iştirakı ilə cümə axşamı günü açıldı və cümə günü də işinə yekun vurdu.