Dek 01, 2015 16:29 Asia/Baku
  • Rusiya Türkiyə əleyhinə yeni sanksiyalar tətbiq edib
    Rusiya Türkiyə əleyhinə yeni sanksiyalar tətbiq edib

Rusiya hökumətinin yüksək səviyyəli rəsmisi bu ölkənin Türkiyə əleyhinə sanksiyalarının artmasından xəbər verib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç deyib: Moskva Türkiyədən meyvə və tərəvəz idxalını məhdudlaşdırmaq niyyətindədir.
Dvorkoviç əlavə edib: Türkiyə əleyhinə sanksiyaların artırılması bu ölkə tərəfindən Rusiya qırıcısının vurulmasına reaksiya olaraq həyata keçirilir.
Bu məlumata görə, Rusiya baş naziri Dmitri Medvedyev də bazar ertəsi günü prezident Vladimir Putinin Türkiyəyə embarqo qanununu imzalanmasından 3 gün sonra Ankaraya qarşı sanksiyaların artırılmasından xəbər vermişdi.
Moskva Türkiyə əleyhinə sərt sanksiyalar tətbiq edib. Rusiya tarixində 1991-ci ildən SSRİ dağıldıqdan sonra hətta hərbi gərginliyi olan Ukrayna və Gürcüstan qarşısında da bu sanksiyaların analoqu olmayıb.

Teqlər