Pentaqon: Türkiyə qüvvələrinin İraqa göndərilməsi anti-İŞİD koalisiyası çərçivəsində deyil
Dek 05, 2015 12:00 Asia/Baku
Amerikanın müdafiə nazirliyi vurğulayıb ki, Türkiyə qüvvələrinin İraqa göndərilməsi anti-İŞİD koalisiyası çərçivəsində deyil.
Əl-Həds telekanalının məlumatına görə, Pentaqon vurğulayıb ki, Amerika Türkiyə qüvvələrinin İraqa daxil olmalarından xəbərdardır, amma bu addım beynəlxalq koalisiyanın fəaliyyətlərinin bir hissəsi deyildir.Türkiyə İraqla məlumat vermədən öz hərbçilərindən yüzlərlə nəfəri onlarla tank və zirehli maşınla yanaşı İraqın Mosul şəhərinin ətrafına göndərib. Bu qüvvələr Mosulun cənubundakı Bəəşiqə məntəqəsində yerləşiblər. Türkiyə hökumətinin bu hərəkəti İraqın baş nazirinin kəskin reaksiyası ilə üzləşibdir.