Dek 08, 2015 09:28 Asia/Baku
  • Ban Ki Mun bütün atom silahlarının məhv edilməsini istədi
    Ban Ki Mun bütün atom silahlarının məhv edilməsini istədi

BMT baş katibi Tərksilah və Nüvə Silahlarının Yayılmaması Konfransına ünvanladığı müraciətində bütün dünyada nüvə silahlarının tam şəkildə məhv edilməsini istəyib.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Ban Ki Mun bildirib: Artıq zamanı gəlib ki, hamının iradəsi ilə dünya məhvedici atom silahından təmizlənsin.

BMT baş katibi əlavə edib: Şübhəsiz regional və beynəlxalq təhlükəsizliyin təmin olunması dünyaad nüvə silahlarının məhv edilməsi ilə düyünlənmişdir.

Hal-hazırda ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin, Hindistan, Pakistan, Şimali Koreya və qəsbkar sionist rejim atom silahlarına malikdirlər.

Teqlər