İranın nüvə tərksilahının izlənilməsi haqda təklif etdiyi qətnamə qəbul olunub
İran İslam Respublikasının nüvə tərksilahı üçün dünyanın atom silahlarına malik qüdrətlərin öhdəliklərinin izlənilməsi barədə təklif etdiyi qətnamə BMT Baş Assambleyasının iclasında təsdiqlənib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, BMT Baş Assambleyasının 70-ci iclasında beynəlxalq və regional səviyyədə müxtəlif beynəlxalq təhlükəsizlik məsələləri, xüsusilə də nüvə tərsilahı üzrə 57 qətnamə irəli sürülərək təsdiqlənib.
Bu iclasda İran İslam Respublikası 1995, 2000 və 2010-cu illərdə Nüvə Silahlarının Yayılmamasına dair Sazişin 3 konfransının qərarlarına əsasən nüvə tərksilahı üçün qətnamə irəli sürüb və bu qətnamə üzvlər təsdiqlənib.
121 lehinə, 48 əleyhinə və 12 bitərəf səslə təsdiqlənən bu qətnamədə nüvə silahlarına malik ölkələrdən öz nüvə cəbbəxanalarını azaltması istənilməklə yanaşı beynəlxalq stabillik və nöqsansız təhlükəsizliyin genişlənməsi üçün kollektiv hərəkət vurğulanıb.