İranın iştirakı ilə Şanxay Təşkilatına üzv ölkələrin baş nazirlərinin iclası keçiriləcək
-
İranın iştirakı ilə Şanxay Təşkilatına üzv ölkələrin baş nazirlərinin iclası keçiriləcək
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirlərinin Çinin Cencu şəhərində keçiriləcək 14-cü iclasında İran İslam Respublikası da iştirak edəcək.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Çin hökumətinin bildirdiyinə əsasən, qeyd olunan iclas 14-15 dekabrda keçiriləcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hu Çun İn deyib: İqtisadiyyat, ticarət, mübadilə və nəqliyyat bu iclasın əsas mehvərlərini təşkil edəcək və iclasa hazırlıq işləri aparılmaqdadır.
O ümidvarlıq edib ki, bu təşkilat üzvləri qeyd olunan hallardan əlavə, regional əməkdaşlıqlar barəsində də fikir mübadiləsi aparacaqlar.
Çinin dəvətinə əsasən, Qırğızıstan, Qazaxıstan, Rusiya və Tacikistan baş nazirləri və Özbəkistanın baş nazirinin müavini bu iclasda iştirak edəcəklər.
Çin saytının bildirdiyinə görə, üzv ölkələrin baş nazirlərindən əlavə, İran, Əfqanıstan, Belarus, Hindistan, Monqolustan və Pakistan nümayəndələri də iclasda iştirak edəcəklər.