Almaniya PMD işinin bağlanmasını istədi
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin İranın nüvə fəaliyyətləri ilə bağlı PMD(ehtimal olunan hərbi cəhətlər) işinin bağlanmasını istədiyini deyib.
İRNA-nın məlumatına görə, Martin Şefer çərşənbə günü Berlinin PMD işinin bağlanmasını dəstəklədiyini elan edib və deyib: Bu məsələ ilə bağlı uzun illər araşdırmalar aparılıb və PMD işi ilə bağlı hansısa yeni bir sənəd əldə edilməyib.
M.Şefer əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(MAQATE) Direktorlar Şurası cari dekabr ayının ortalarında PMD işini rəsmi qaydada bağlı elan edərək, nüvə anlaşmasının növbəti mərhələsinin icrasına yəni, İrana qarşı sanksiyaların ləğvinə gedən yolu açmış olacaq.
İran rəsmiləri ötən həftələr ərzində dəfələrlə bildiriblər ki, PMD işinin bağlı elan edilməyəcəyi təqdirdə nüvə anlaşması icra olunmayacaq.