Obama: İsrail və Fələstin arasında sülh perspektivi görünmür
https://azeri.sahartv.ir/news/dünya-i200628-obama_İsrail_və_fələstin_arasında_sülh_perspektivi_görünmür
ABŞ prezidenti sionist rejimin başçısı ilə görüşdə hazırkı şəraitdə İsrail ilə Fələstin arasında ciddi bir sülhün bərqərar edilməsi üçün hansısa perspektivin olmadığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2015 06:18 Asia/Baku
  • Obama: İsrail və Fələstin arasında sülh perspektivi görünmür
    Obama: İsrail və Fələstin arasında sülh perspektivi görünmür

ABŞ prezidenti sionist rejimin başçısı ilə görüşdə hazırkı şəraitdə İsrail ilə Fələstin arasında ciddi bir sülhün bərqərar edilməsi üçün hansısa perspektivin olmadığını bildirib.

Sionist "Arutz Şou" informasiya portalının yaydığı məlumata görə, Barak Obama çərşənbə günü Ağ Evdə İsrail rejiminin başçısı Reuven Rivlin ilə görüşüb.

Obama bu görüşdə deyib: İsrailin təhlükəsizliyinə təminatın verilməsi ABŞ-ın xarici siyasətinin başlıca prioritetidir.

Obama əlavə edib: İsraillilər ilə Fələstinlilərin müzakirə üçün bir yol tapmalıdırlar.

Sionist rejimin başçısı da bu görüşdə deyib: İsrailin ABŞ-dan böyük dostu yoxdur.