Dek 10, 2015 13:05 Asia/Baku
  • İngiltərə müsəlmanları Trampın ölkəyə girişinin qadağan edilməsini istədilər
    İngiltərə müsəlmanları Trampın ölkəyə girişinin qadağan edilməsini istədilər

İngiltərə Müsəlmanlar Şurası ABŞ respublikaçılarının prezident seçkilərindəki namizədi Donald Trmpın İngiltərəyə girişinin qadağan edilməsini istəyib.

İRNA-nın məlumatına görə, İngiltərə Müsəlmanlar Şurası çərşənbə günü bir bəyanat yayaraq, Donald Trampın "nifrətə rəvac" qanununa şamil edilməsini və İngiltərəyə girişinin qadağan olunmasını istəyib.

İngilrətə Müsəlmanlar Şurası öz bəyanatında bildirib: İngiltərə qanunlarına əsasən nifrətə rəvac verən şəxslərə bu ölkədə yer yoxdur və bu qanunu əsas tutaraq, bu şura Donald Trampın bu ölkəyə girişinin qadağan edilməsini gözləyir.

Bu arada 300 000 İngiltərə vətəndaşı imza toplayaraq, bu ölkə hökuməti və baş nazir Deyvid Kamerondan Trampın ölkəyə girişinin qadağan edilməsini istəyib.

İngiltərə qanunlarına görə, hər hansı bir məsələ ilə bağlı 10 000-dən çox imza toplanarsa, hökumət onu cavablandırmalıdır. Toplanan imzanın sayı 100 000-dən çox olarsa, irəli sürülən təklif İngiltərə Parlamentinin Aşağı Palatasında araşdırılmalıdır.

Teqlər