Rusiya Avropada ABŞ-ın atom silahı barədə xəbərdarlıq etdi
Dek 11, 2015 14:19 Asia/Baku
Rusiya xəbərdarlıq edib ki, Amerikanın AVropada atom silahları və belə cəbbəxanaları yeniləməsi potensial təhdiddir.
Səhər Beynəlxalq Televiziyasının İTAR-TASS İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyində Silahlara Nəzarət İdarəsinin direktoru Mixail Ulyanov bu barədə deyib: Şimali Atlantik Alyansı NATO-nun nüvə iştirakı və yaxud müştərək nüvə tapşırığ üzrə qərarı Nüvə Silahlarının Yayılmamasına dair Sazişinə ziddir.
ABŞ bildirib ki, Avropada yerləşdirdiyi nüvə cəbbəxanasını 2020-ci ilə qədər yeni bombalardan istifadə edərək yenidən təchizatlandırmaq niyyətindədir.
Ulyanov bildirib: Amerikanın bu qərarı həm Nüvə Silahlarının Yayılmamasına dair Sazişin pozulması, həm də potensial təhlükədir.