Qambiya özünü İslam Respublikası elan edib
https://azeri.sahartv.ir/news/dünya-i200707-qambiya_özünü_İslam_respublikası_elan_edib
Qambiya özünü İslam Respublikası elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2015 07:30 Asia/Baku
  • Qambiya özünü İslam Respublikası elan edib
    Qambiya özünü İslam Respublikası elan edib

Qambiya özünü İslam Respublikası elan edib.

RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bu barədə dövlət başçısının bəyanatında bildirilir.

“Bu gündən Qambiya – İslam dövlətidir”, Y.Cammenin bəyanatında deyilir. Bununla belə, o vurğulayıb ki, ölkə vətəndaşları istədikləri dinə etiqad edə bilərlər.

1965-ci ilədək İngiltərənin müstəmləkəsi olmuş Qambiyada əhalinin 90%-i müsəlmandır.

49 yaşlı Y.Camme 20 ildən artıqdır ki, Qambiyaya rəhbərlik edir. Ötən ildən etibarən ABŞ və Avropa İttifaqı insan haqlarının pozulması ilə bağlı ölkəyə maliyyə yardımını dayandırıb.