Dek 15, 2015 16:47 Asia/Baku
  • Qoşulmama Hərəkatı İranın nüvə işinin bağlanmasını dəstəklədi

Qoşulmama Hərəkatına üzv ölkələrin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasındakı təmsilçiləri şuranın bu günkü iclasında İranın nüvə işi ilə bağlı yerdə qalan məsələlərin bağlı elan edilməsini və İranın nüvə işinin adi vəziyyətə qaytarılmasını himayə ediblər.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Qoşulmama Hərəkatının İranın MAQATE-dəki daimi nümayəndəsi Rza Nəcəfi tərəfindən qiraət edilən bəyanatında agentliyin baş direktorunun İranın nüvə işi ilə bağlı keçmiş və hazırkı məsələlər haqdakı son hesabatına işarə edilərək, İranın nüvə işinin həlli üzrə dialoq və müzakirənin yeganə yol olduğu vurğulanıb.

Qoşulmama Hərəkatı bu bəyanatda üzv ölkələri İranın nüvə işinin həllində konstruktiv iştiraka dəvət edərək, İran və 5+1 qrupu arasında əldə edilən nüvə anlaşmasını müsbət qarşılayıb və bildirib: Bu anlaşma İranın nüvə işinin dinc yolla həllinə imkan vermiş olacaq.

Bu bəyanatda həmçinin deyilir: Qoşulmama Hərəkatı həmçinin, MAQATE-nin İranın nüvə işinə nəzarət, İranın nüvə işinin dinc məqsədlərdən yayınmamasının yoxlanılması və İrana qarşı olan qətnamələrin Təhlükəsizlik Şurasında ləğv edilməsi üzrə səylərini himayə edir və Direktorlar Şurasından istəyir ki, özünün əlaqədar qətnamələri haqda da oxşar addımları atsın.

Qoşulmama Hərəkatı həmçinin, bu bəyanatda bütün tərəflərin öz vəzifələri və öhdəliklərinə sədaqətli şəkildə əməl etmələrini istəyərək, bildirib: İranın nüvə işi ilə bağlı yerdə qalan məsələlərə aydınlıq gətirmək məqsədi ilə hazırlanmış yol xəritəsində nəzərdə tutulan bütün işlərin təyin olunmuş zaman cədvəli əsasında yerinə yetirilməsini nəzərə alaraq, bu mövzu ilə bağlı araşdırmaların Direktorlar Şurası tərəfindən dayandırılması lazımdır.

Teqlər