Dek 16, 2015 15:29 Asia/Baku
  • "Troyka"nın tələblərinə etiraz olaraq Afinada aksiya keçirildi

Yunanıstanın paytaxtı Afina dünən axşam "Troyka"(Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyut Fondu) tərəfindən irəli sürülən bir sıra digər tələblərin təsdiq edilməsinə etiraz olaraq, Parlament binası önündə böyük bir aksiyanın şahidi olub.

Yunanıstan Parlamentində kredit verən tərəfin tələblərinin araşdırılması üzrə razı və müxalif tərəflərin fikirlərinin dinlənildiyi bir vaxtda, narazı xalq kütləsi Parlament binası önündə aksiya keçirərək, bu qanun layihəsinə qarşı öz etirazlarını bildiriblər.

Aksiya iştirakçıları Avropa Birliyinin, Avropa Mərkəzi Bankının və Beynəlxalq Valyut Fondunun tələblərinə etiraz olaraq ilk öncə paytaxt Afinanın mərkəzi meydanında bir araya gəlib, daha sonra Sendaqma meydanına və Parlament binasına doğru yürüş ediblər. Akaiy aiştirakçıları Yunanıstan hökuməti əleyhinə şüarlar verərək, Parlament üzvlərindən Troykanın tələblərinə mənfi cavab vermələrini istəyiblər.

Amma, Parlamentdə keçirilən səsvermə zamanı 153 lehinə və 138 əleyhinə səslə Troyka-nın yeni tələbləri də öz təsdiqini tapıb.

Yunanıstan xalqı cari dekabr ayında artıq neçənci dəfədir ki, bu ölkə hökumətinin iqtisadi siyasətləri əleyhinə etiraz aksiyası keçirir.

Dekabrın 2-də də Yunanıstan xalqı bu ölkə hökumətinin iqtisadi qənaət siyasətinə etiraz olaraq ölkə səviyyəsində aksiyalar keçirmiş və hökumət əleyhinə şüarlar vermişdi.

Yunanıstanda Aleksis Siprasın başçılıq etdiyi solçu hökumət Avropa Birliyinin 3-cü yardım paketini almaq üçün qarşı tərəfin irəli sürdüyü şərtləri bir-bir qəbul edir. Bu da Yunanıstan xalqının qəzəbinə səbəb olub.

Teqlər