Dek 17, 2015 14:21 Asia/Baku
  • Rusiya Türkiyəyə qarşı sanksiyaları gücləndirmək üzrə qərar verib
    Rusiya Türkiyəyə qarşı sanksiyaları gücləndirmək üzrə qərar verib

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bir bəyanatda Türkiyə əleyhinə sanksiyaların gücləndirilməsi üzrə layihəsindən xəbər verib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya İqtisadi İnkişaf Nazirliyinin layihəsinə əsasən Türkiyədən bütün məhsullar və xidmətlərin idxalı qadağan olunur.

Bu layihə həmçinin Rusiya hökuməti üçün Türkiyə şirkətlərindən istənilən məhsulun satın alınmasını qadağan edir.

Bu layihənin Rusiya baş naziri Dmitri Medvedyevin göstərişi ilə hazırlanaraq icra olunması qərara alınıb.

Rusiya qırıcı təyyarəsinin 24 noyabrda Türkiyə tərəfindən vurulması ardınca iki ölkə münasibətlərində gərginlik artıb.

Rusiya qırıcısının vurulması ardınca, Moskva bəzi türk məhsulları, Türkiyəyə turistlərin ezam olunmasına qadağa, həmçinin Türkiyə vətəndaşlarının Rusiyaya səfəri üçün viza rejiminin yenidən bərpa olunmasına şamil olan sanksiyaları nəzərdə tutub.

Türkiyə bildirir ki, Rusiyanın vurulan qırıcı təyyarəsi dəfələrlə Türkiyənin hava zolağını pozub və xəbərdarlıqlara etina etməyib.

Rusiya bu iddianı rədd edərək bildirir ki, bu təyyarə Türkiyənin hava zolağını pozmayıb.

Teqlər