Nigeriya şiələrinin qırğını ilə bağlı İndoneziya müsəlmanları bir daha aksiya keçiriblər
-
Nigeriya şiələrinin qırğını ilə bağlı İndoneziya müsəlmanları bir daha aksiya keçiriblər
İndoneziya xalqından bir qrup insan bir daha Nigeriyanın Cakartadakı səfirliyi önündə aksiya keçirərək, Nigeriya ordusu tərəfindən şiələrin qırğın edilməsini pisləyib.
IRNA-nın məlumatına görə, indoneziyalılar Nigeriyada şiələr hərəkatının həbs olunmuş rəhbəri Əllamə Şeyx İbrahim Yəqub Əlzəkzakinin və öldürülmüş şiələrin cənazələrinin təsvirlərini daşıyaraq, Nigeriya ordusunun rəftarını cinayət adlandırıb və Nigeriyada şiələr hərəkatının həbs olunmuş rəhbərinin azad edilməsini tələb ediblər.
Aksiyaçılar bu istiqamətdə çərşənbə axşamı günü də Nigeriyanın Cakartadakı səfirliyi önündə aksiya keçirərək, bu kimi cinayətləri pisləmiş və hərbçilərin şiələrə qarşı cinayətlərinə son qoyulmasını istəyiblər.
Etirazçılar bundan öncə Nigeriya hərbçiləri tərəfindən müsəlmanların incidilməsinin dayandırılması üçün İndoneziya dövləti, BMT və dünya ictimaiyyətinin məsələyə qarışmalarını istəmişdilər.