ABŞ Demokratlarının prezidentliyə namizədi Donald Trampı tənqid atəşinə tutdu
https://azeri.sahartv.ir/news/dünya-i200949-abŞ_demokratlarının_prezidentliyə_namizədi_donald_trampı_tənqid_atəşinə_tutdu
Demokratlar Partiyasının ABŞ prezident seçkiləri üçün namizədi Respublikaçılar Partiyasının prezident seçkiləri namizədi Donald Trampın müsəlmanlar əleyhinə səsləndirdiyi fikirləri tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2015 08:33 Asia/Baku
  • ABŞ Demokratlarının prezidentliyə namizədi Donald Trampı tənqid atəşinə tutdu
    ABŞ Demokratlarının prezidentliyə namizədi Donald Trampı tənqid atəşinə tutdu

Demokratlar Partiyasının ABŞ prezident seçkiləri üçün namizədi Respublikaçılar Partiyasının prezident seçkiləri namizədi Donald Trampın müsəlmanlar əleyhinə səsləndirdiyi fikirləri tənqid edib.

İRİB-nin verdiyi məlumata görə, Berni Senders Vaşinqton DC-də bir məsciddə etdiyi çıxışı zamanı Donald Trampı fırıldaqçı adlandırıb və onun səsləndirdiyi fikirlərin mənfi nəticələri barədə xəbərdarlıq edib.

B.Senders əlavə edib: hazırkı zaman kəsimində, ABŞ xalqının ölkə iqtisadiyyatı və terrorizm təhlükəsi ilə bağlı təşviş keçirdiyi bir zamanda Donald Tramp kimi fırıldaqçılar insanları xarici düşmən ilə təhdid edir və amerikalılar arasında irqçiliyə əsaslanan ixtilaf toxumları səpirlər.

Demokratların ABŞ prezident seçkilərindəki namizədi Berni Senders həmçinin deyib: Təəssüflər olsun ki, Donald Trampın bu rüsvayçı açıqlaması Amerikada islamofobiyanın və müsəlmanlara qarşı təzyiqlərin artmasına səbəb olub.

B.Senders sonda amerikalıların Donald Trampın nifrət doğuran çıxışları qarşısında müqavimət göstərəcəyinə ümidvar olduğunu bildirib.