İnqilab Rəhbərinin gənclərə 2-ci məktubu qərbin problemlərini bəyan etməkdir
https://azeri.sahartv.ir/news/dünya-i200995-İnqilab_rəhbərinin_gənclərə_2_ci_məktubu_qərbin_problemlərini_bəyan_etməkdir
Almaniyalı siyasi fəal İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə 2-ci məktubunu qərb ölkələrindəki mövcud problemlərin dəqiq bəyan olunması adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2015 09:05 Asia/Baku
  • İnqilab Rəhbərinin gənclərə 2-ci məktubu qərbin problemlərini bəyan etməkdir
    İnqilab Rəhbərinin gənclərə 2-ci məktubu qərbin problemlərini bəyan etməkdir

Almaniyalı siyasi fəal İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə 2-ci məktubunu qərb ölkələrindəki mövcud problemlərin dəqiq bəyan olunması adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, alman siyasi fəal Rudolf Noymen İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə 2-ci məktubunu önəmli adlandıraraq deyib: Onun məktubu qərb ölkəklərinin bugünkü vəziyyətinə səbəb olan problemləri özündə ehtiva edir və onun bütün məsələlərini heç bir məhdudiyyət olmadan dərk etmək mümkündür.

Noymen əlavə edib: Qərb ölkələri Yaxın Şərqdə radikalları himayə etməklə bu şəxslərin hər bir cinayətə əl atmasına səbəb oldular və hazırda da terrorçuları dəstəkləyən həmin ölkələr onların hücumları ilə qarşılaşıblar.

İslam İnqilabının Böyük rəhbəri 29 noyabrda qərb gənclərinə məktub ünvanlayaraq bu məktubu yazmasının səbəbini 13 noyabrda Fransadakı kor terrorizmin acı hadisələri adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri ötən yanvar ayında da Avropa və Şimali amerika gənclərinə məktub yazmışdılar.