Dek 19, 2015 19:27 Asia/Baku
  • İngiltərənin Ərəbistana silah satması müharibə cinayəti meyarında ola bilər
    İngiltərənin Ərəbistana silah satması müharibə cinayəti meyarında ola bilər

İngiltərə hökumətinin bir qrup hüquq müşaviri və rəsmisi xəbərdarlıq edib ki, İngiltərənin Səudiyyə Ərəbistanına hərbi silah-sursat satması və Yəməndə qeyri-hərbçilərin kütləvi qırğınında bu silahlardan istifadənin olunması İngiltərə tərəfindən müharibə cinayətinin törədilməsinə meyar ola bilər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Londonda çıxan İndependent qəzeti bir müddət öncə yazıb: İngiltərə müharibə cinayətləri törətdiyinə görə hüquqi təqib təhlükəsi qarşısındadır. Çünki bir çox faktlar vardır ki, İngiltərənin Ərəbistana satdığı raketlərin səudiyyəlilər tərəfindən Yəməndəki dəhşətli müharibədə mülki məqsədlərə qarşı istifadə olunduğunu əks etdirir.

Bu qəzet yazır: İngiltərə Xarici İşlər Nazirliyinin hüquq müşavirləri nazir Filip Hamonda xəbərdarlıq ediblər ki, bu raketlərin Ərəbistana satılması və ötən 9 ay ərzində Yəmən müharibəsində onlardan istifadə olunması beynəlxalq insan haqları qanunlarının pozulması hesab oluna bilər.

İndependet İngiltərə Xarici İşlər Nazirliyinin yüksək səviyyəli hüquq müşavirlərindən birinə istinadla yazıb: İngiltərə Xarici İşlər Nazirliyi etiraf edib ki, Ərəbistana satılan bəzi silahlardan mülki vətəndaşlara qarşı istifadə olunmuşdur. Görəsən bu hərəkət beynəlxalq silah qanunları çərçivəsindədirmi? Bu sualın cavabı təəssüflər olsun ki, xeyrdir.

İngiltərə qəzetinin bildirdiyinə görə, hökumətin bir hüquq müşaviri bu barədə xəbərdarlıq edib ki, hazırda Suriyada İŞİD-in mövqelərinə ABŞ və Fransa ilə birlikdə basqın etmək ardınca olan İngiltərə bu hərəkətinə legitimlik qazandırmaq yeni mənafeyə malik olacaq. Bu İngiltərə Xarici İşlər Nazirliyi üçün yetərli deyildir ki, Yəmənin bombalanmasında istifadə olunan silahlarla əlaqədar öz ətraflı faktını açıqlasın.

İndependentin yazdığına görə, bu həftə Beynəlxalq Amnistiya Təşkilatı və İnsan Haqları Gözətçi təşkilatı öz araşdırmasına əsasən yeni sənədi yayımladılar. Sənədə əsasən hərbi istehsalatla heç bir əlaqəsi yolmayan Yəmən hökumətinə aid bir zavod İngiltərə istehsalı olan Kruz raketləri ilə hədəfə alınıb və tamamilə məhv edilib.

İngiltərədə İnsan Haqları Gözətçisi Təşkilatının direktoru David Mifam deyib: Havadan atılan GM-500 raketi İngiltərənin Markoni şirkətinin istehsalıdır. Bu raket bu zavodu hədəfə aldı ki, nəticədə bir mülki işçi həlak oldu.

Onun dediyinə görə, Ərəb Koalisiya Qüvvələri tərəfindən Yəmən əleyhinə hücumlarda müharibə ilə əlaqədar hüquq və qanunların pozulmasının ən yeni sənədidir. İngiltərə rəsmiləri daim bu həqiqəti etiraf etməkdən boyun qaçırıblar.

David Mifam bundan öncə də bildirmişdi ki, bu təşkilatın son araşdırmalarının nəticələri İngiltərənin Yəmən qarşısındakı siyasətinin aldadıcı və təsirsiz olduğunu və bu ölkənin bu barədə beynəlxalq qanunlara sadiq qalmadığını göstərir. Onun sözlərinə görə, İngiltərə Ərəb Koalisiyası üzvlərinə öz hərbi silah-sursatını satışını bu barədə ətraflı araşdırma aparılana qədər təxirə salmalıdır.

İndependentin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatının silah ticarəti departamentinin katibi Olivier Sprag İngiltərə xarici işlər naziri Filip Hamondun sözlərini qeyri-qanuni adlandıraraq deyib: Bu nazirliyin daxili qanunlarında açıq-aşkar yenidən yazılım baş verib. Mülki vətəndaşlara təhlükələri ola biləcək və humanist və silah ticarəti qaydalarını açıq-aşkar şəkildə poza biləcək silahların satışını dəstəkləyə bilmərik.

Filip Hamondun "İngiltərə silahlarından Yəməndə yanlış istifadənin olunmasına dair heç bir nişanə yoxdur və biz düzgün istifadə olunduğunu bildiyimiz qədər bu silah satışını davam etdirəcəyik" açıqlaması tamamilə qeyri-qanunidir.

Ərəbistan və digər 9 ərəb ölkəsi ABŞ-la əlbir olaraq 2015-ci il 26 martdan Yəmənə qarşı hava və dəniz hücumlarına başlayıb. İndiyə qədər Yəmənin infrastruktur obyektləri, xəstəxanalar, məktəblər, hətta vətəndaşların mənzilləri bombalanmışdır.

bu koalisiyanın hücumları nəticəsində indiyə qədər Yəmənin müdafiəsiz vətəndaşlarından on minlərlə nəfər, o cümlədən qadın və uşaqlar həlak olmuş və ya yaralanmışdır.

Teqlər